SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın ən titullu güləşçilərindən sayılan olimpiya çempionu Toğrul Əsgərov gələn ay Qazaxstanda keçirilən dünya çempionatını buraxa bilər. 

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, buna səbəb peşəkar güləşçinin yenidən zədələnməsidir.

T.Əsgərov Gürcüstanda keçirilən qran-pridə zədələnib.

Bundan sonra yarışa davam edə bilməyən gəncəli güləşci Göygöldə keçirilən təlim-məşq toplanışında da iştirak edə bilməyib.

İlham Məmmədov
BAKU.WS