SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Qalatasaray" klubu uzun müddətdir heyətinə qatmaq istədiyi futbolçunu transfer edib. 

BAKU.WS xəbər verir ki, Kolumbiya yığmasının ulduzu, "Monako" klubunun futbolçusu bundan sonra Radamel Falkao İstanbul təmsilçisinin formasını geyinəcək. 

33 yaşlı hücumçu bu gün günorta saatlarında İstanbula gedəcək və klubla müqavilə imzalayacaq.

"Monako" forvardı buraxmaq istəməsə də danışıqlardan sonra bu keçidə razılıq verib və futbolçunu "Cim-Bom"a göndərib.

3+1 şərtilə müqavilə imzalanacağı və futbolçuya illik 5 milyon avro (+ bonuslar) veriləcəyi bildirilir.
BAKU.WS
VİDEO