SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Misir kubokunun yarımfinal mərhələsini idarə edəcək. 

BAKU.WS-in AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı referi bununla bağlı Misir Futbol Federasiyasından dəvət alıb.

Onun rəhbərlik etdiyi hakimlər briqadası yarımfinal mərhələsi çərçivəsində “Zamalek” və “İttihad” komandaları arasında keçiriləcək oyunu idarə edəcək. Qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq. Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.

Bu səbəbdən Azərbaycan Premyer Liqasının III turunda oynanılacaq görüşlərin təyinatlarında dəyişikliklər edilib. AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin qərarlarına əsasən, “Qəbələ” – “Keşlə” görüşündə Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq, Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edəcəklər.

“Neftçi” - “Sumqayıt” oyununun 4-cü hakimi Elçin Məsiyev yox, Rauf Allahverdiyev olacaq. “Səbail” – “Qarabağ” görüşündə 4-cü referi funksiyasını isə Rəhim Həsənov yox, Fərid Hacıyev yerinə yetirə
BAKU.WS