VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Serbiyanın “Srvena Zvezda” klubunun azarkeşləri və futbolçuları bu uğuru qeyri-adi tərzdə bayram ediblər.

BAKU.WS xəbər verir ki, dünən Belqradda keçirilən cavab oyunu başa çatdıqdan sonra stadiona SSRİ istehsalı olan "T-55" tankı yaxınlaşıb.

Klubun futbolçuları, nümayəndələri və azarkeşlər zirehli texnika ilə paytaxtı gəziblər.

UEFA dərhal hadisəyə münasibət bildirib və bununla bağlı hər hansı cəzanın tətbiq olunmayacağını açıqlayıb.

Qeyd edək ki, İsveçrənin “Yanq Boyz” klubu ilə hər iki matçda heç-heçə edən “Srvena Zvezda” səfərdə daha çox qol vurduğu üçün qrupa düşüb – 2:2, 1:1.
BAKU.WS
VİDEO