SİZİN REKLAM BURADA!
055 213 76 73


Sərbəst güləş üzrə 3 qat Dünya çempionu Hacı Əliyevə hərbi rütbə verilib.

Bu barədə BAKU.WS-ə güləşçi özü məlumat verib. Hacı Əliyevin sözlərinə görə, ona baş leytenant hərbi rütbəsi verilib. 

Xatırladq ki, Hacı Əliyev sərhəd qoşunlarının zabitidir.

Hacı Azər oğlu Əliyev 21 aprel 1991-ci ildə Naxçıvanda anadan olub. 2010-cu ildən Azərbaycan yığmasında çıxış edir. Hacı Əliyev 2014-cü ildə Daşkənddə, 2015-ci ildə Las-Veqasda, 2017-ci ildə isə Parisdə baş tutan Dünya Çempionatının qalibi olub. 2014-cü ilin Avropa çempionu olan Hacı Əliyev 2015-ci ildə I Avropa Oyunlarının və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Hacı Əliyev 2015-ci ildə "Tərəqqi" medalı, 2016-cı ildə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib. O, həm də 2014, 2015 və 2016-cı illərdə Gənclər və İdman Nazirliyinin təsis etdiyi "İlin ən yaxşıları" mükafatına layiq görülüb.
BAKU.WS