SİZİN REKLAM BURADA!
055 213 76 73


“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

BAKU.WS-in məlumatına görə, Bakı təmsilçisi 29 yaşlı hücumçu Rocer Roxas ilə 1 illik müqavilə bağlayıb.

Honduraslı futbolçu karyerası ərzində ölkəsinin “Olimpiya”, Səudiyyə Ərəbistanının “Əl-İttifaq”, Meksikanın “Nekaksa” və “Simarrones” klublarında çıxış edib. Onun son komandası Kosta-Rika “Alaxuelense”si olub.

R. Roxas Honduras millisində 32 oyun keçirib, 3 qol vurub. 
BAKU.WS