SİZİN REKLAM BURADA!
055 213 76 73


Şimali İrlandiyada "Linfild" və "Qarabağ" komandaları arasında keçiriləcək Avropa Liqasının ilk "pley-off" matçı üçün bütün təyinatlar açıqlanıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, avqustun 22-də Belfastdakı “Windsor Park”da təşkil olunacaq qarşılaşma isveçrəli hakimlər briqadasına tapşırılıb.

Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

22 avqust

22:45. "Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Sandro Schaarer

Yan xətt hakimləri: Stefan De Almeyda, Bekim Zoqay

Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)

Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)

UEFA nümayəndəsi: Mikael Zaltser (İsveç)

Qeyd edək ki, cavab görüşü avqustun 29-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
BAKU.WS