SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniyanın "Bavariya" klubu "Barselona"nın ulduz futbolçusu Filippe Koutinyonu icarəyə götürüb. 

BAKU.WS xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümünün sonuna kimi Münhen təmsilçisinin formasını geyinəcək.

Müqavilənin şərtlərində qeyd olunur ki, Almaniya nəhəngi növbəti mövsümdə braziliyalı oyunçunu heyətinə qatmaq hüququna malikdir. 

Qeyd edək ki, Filippe Koutinyo 2018-ci ilin yanvarında İngiltərənin "Liverpul" klubundan 145 milyon avro müqabilində "Barselona"ya keçib.
BAKU.WS