SİZİN REKLAM BURADA!
055 213 76 73


İlk oyun göstərdi ki, çətin olacaq. Qarşımızda sıx qrafiki var".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Keşlə"ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın I turunun açılış matçından sonra deyib.

47 yaşlı mütəxəssis bildirib ki, qarşıda həm çempionat, həm avrokubok, həm də milli komandanın oyunları olacağı üçün futbolçular çətinliklə üzləşə bilərlər: "Məni hazırda nəticədən çox futbolçuların sağlamlığı narahat edir. Bütün fikirimiz bu oyunda idi. Şükürlər olsun ki, qalib gəldik. Bizim üçün vacib qələbə oldu. Bu gün bəzi futbolçular oynadı, bəzilərin qoruyub saxlaya bilərik. Qol vuran gənc futbolçumuz İsmayıl İbrahimlini təbrik edirəm. "Keşlə" Bizə çox çətinlik yaratdı. Ruslan Qurbanov, Meza Kolli kimi futbolçular götürüblər. Ümumiyyətlə, yeni oyunçuları təcrübəlidirlər".

Qurbanov Fransanın "Genqam" klubunun rəsmilərinin Abdullah Zubiri transfer etmək üçün Bakıya gəlmələrinə dair xəbərlərə də şərh verib. O, belə bir təklif almadıqlarını, bu yöndə heç bir məlumatının olmadığını vurğulayıb.
BAKU.WS