SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliyanın “Roma” klubu heyətinə daha bir türk futbolçu qatır.

BAKU.WS romapress.net.-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Gənclərbirliyi”nin 22 yaşlı mərkəz müdafiəçisi Mərt Çətinlə razılaşıb.

“NTV Spor”un məlumatına görə, gənc futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

Artıq Mərt dünən İtaliyaya yollanıb. Onun tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, M.Çətin ötən mövsüm Türkiyənin 1-ci divizionunda 26 oyunda 22 oyuna çıxıb və 1 qol vurub.

Xatırladaq ki, “Roma”da 2017-ci ildən Türkiyə millisinin üzvü Cengiz Ünder də çıxış edir. Onunla müqavilə iki gün öncə 2023-cü ilə qədər uzadılmışdı.

Fərid ƏDALƏT
BAKU.WS