055 213 76 73
BAKU.WS xəbər verir ki, bu barədə futbol qurumunun rəsmi saytına məlumat yerləşdirilib.
Ən yaxşıların siyahasına "Barselona"nın kapitanı Lionel Messi, "Liverpul"un müdafiəçisi Vircil van Dayk və "Yuventus"un hücumçusu Kriştianu Ronaldo daxildir.
Qadın namizədlərin hər üçü isə “Lion"un oyunçularıdır. Bunlar ingiltərəli Lusi Bronz, norveçli Ada Hegerberq və fransalı Amandin Henridir.
Qeyd edək ki, hər iki nominasiya üzrə qaliblərin adları avqustun 29-da Monakoda UEFA Çempionlar Liqası qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.
BAKU.WS