VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Roma” türk futbolçusu Cengiz Ündərlə müqavilənin müddətini artırıb.

BAKU.WS NTV Spor-a istinadən xəbər verir ki, 2022-ci ilə qədər qüvvədə olan müqavilənin müddəti 2023-cü ilin 30 iyununa qədər artırılıb.

Klubun idman direktoru Cianluka Petraçi Cengizi böyük istedad olaraq gördüklərini və onun “Roma”ya çox fayda verəcəyinə əmin olduqlarını söyləyib.

İtaliya mətbuatının yazdığına görə, futbolçunun maaşı yeni müqavilədə 1,2 milyon avrodan 2 milyon avroya qaldırılıb. Onun sərbəst qalma məbləği isə 60 milyon avro təyin edilib.

Qeyd edək ki, 2017-ci ildən “Roma” forması geyinən 22 yaşlı futbolçu 65 rəsmi oyunda 14 qol vurub.
BAKU.WS