SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Superkubokunun qalibi müəyyənləşib.

BAKU.WS xəbər verir ki, İstanbulda keçirilən oyun Çempionlar Liqasının qalibi “Liverpul” və Avropa Liqasının qalibi “Çelsi” arasında baş tutub.

Əsas vaxtı 1:1 bitən oyunda əlavə vaxtda ehtiyac olub. Əlavə 30 dəqiqədə də hərəyə bir qol vuran komandalar qalibin adını penaltilər seriyasında aydınlaşdırıb. Burada daha dəqiq oynayan “Liverpul” matçdan qalib ayrılıb və UEFA Superkubokunun qalibi olub.

“Liverpul”un heyətində 2 qol vuran Sadio Mane matçın ən yaxşı oyunçusu seçilib.

14 avqust
“Liverpul” (İngiltərə) - “Çelsi” (İngiltərə) - 2:2 (penaltilər seriyası - 5:4)
Qollar: Jiru, 36 (0:1), Mane, 48 (1:1), 95 (2:1), Jorjinyo, 101-pen (2:2)
BAKU.WS
VİDEO