VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA İngiltərənin “Mançester Siti” klubunu cərimələyib. 

BAKU.WS xəbər verir ki, “şəhərlilər” transfer qaydalarına riayət etmədikləri üçün cəzalandırıblar. 

Ali futbol qurumu komandanın 18 yaşadək futbolçuların transferində və sənədlərində qanunsuzluq aşkarlayıb.

“Mançester Siti” bu səbəbdən 370 min İsveçrə frankı cərimələnib.  

Eyni qayda pozuntusu edən “Çelsi” də cəzasız qalmayıb. Belə ki, kluba fevralda növbəti iki transfer pəncərəsində yeni oyunçu qeydiyyatdan keçirmək qadağası qoyulub. Cəza müddəti 2019-20 mövsümünün sonunda başa çatacaq. 

BAKU.WS