SİZİN REKLAM BURADA!
055 213 76 73


Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

BAKU.WS-in məlumatına görə, mundialın ilk medal günündə Azərbaycan millisinin 2 sərbəst güləşçisi fəxri kürsüyə qalxıb. 

Yığmamızın heyətində Turan Bayramov (65 kq) üçüncü yer uğrunda Ahmet Salim Yiğitlə (Türkiyə) üz-üzə gəlib və 8:0 hesabı ilə qələbə qazanıb. 

Onun kimi, Abubakr Abakarov (79 kq) da bürünc medala sahib olub. Pəhləvanımız üçüncü yer uğrunda qarşılaşmada erməni Arman Avaqyana 6:4 hesabı ilə qalib gəlib. 

Digər güləşçilərimizdən Mahir Məmmədzadə (57 kq) təsəlliverici, Əşrəf Aşırov (70 kq) üçüncü yer uğrunda görüşdə məğlub olub. 
BAKU.WS