VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq. 

BAKU.WS xəbər verir ki, Ağdamın "Qarabağ" klubu Kiprdəki ilk matçda qalib gəldiyi APOEL-lə cavab görüşünə çıxacaq.

Bundan əlavə 10 cavab matçı ilə pley-off mərhələsinə vəsiqə qazanacaq bütün komandalar da müəyyənləşəcək.

Qeyd edək ki, “Qarabağ”ın  ÇL-in pley-offundakı potensial rəqibləri "Ayaks" və PAOK bu dəfə Hollandiyada üz-üzə gələcəklər. Yunanıstandakı görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.

13 avqust
Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
20:30. "Qarabağ" (Azərbaycan) – APOEL (Kipr)
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.

Matç CBC Sport kanalı ilə canlı yayımlanacaq.
BAKU.WS