SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünə hazırlaşan “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

BAKU.WS-in məlumatına görə, Bakıda hazırlıq keçən “qırmızı-qaralar” I Divizion təmsilçisi MOİK-lə üz-üzə gəlib. Qarşılaşma "Qəbələ"nin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Əyalət təmsilçisinin baş məşqçisi Sənan Qurbanov zədəli futbolçular Davit Volkov, İvitsa Juniç, Ülvi İsgəndərov, Kristian Kouakou və Yusif Nəbiyev istisna olmaqla bütün oyunçulara bu matçda şans verib.

Qeyd edək ki, “Qəbələ” yeni mövsümdə ilk oyununu avqustun 17-də evdə "Sumqayıt"a qarşı keçirəcək. 

BAKU.WS