VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Bney Yehuda” qarşılaşmasında zədələnən Ben Arinin durumuna aydınlıq gəlib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, 2:2 hesabı ilə nəticələnən matçın gedişində xəsarət alan futbolçu hakimin final fitindən sonra xəstəxanaya çatdırılıb.

Onda dirsək sümüyünün qırığı və bağlarının zədəsi aşkarlanıb. Bakıda müayinə olunan və qoluna gips qoyulan futbolçu xəstəxanadan buraxılıb. Onun təkrar müayinəsi İsraildə olacaq.
BAKU.WS