Kipr futbol klubu APOEL italiyalı baş məşqçi Paolo Tramedzani ilə yollarını ayırıb. 

BAKU.WS xəbər verir ki, bu qərara səbəb klubun Çempionlar Liqasının III təsnifat mərhləsində "Qarabağ"a məğlub olması (1:2) olub. 

APOEL baş məşqçiyə təşəkkür edib. APOEL Tramedzaninin yerinə 53 yaşlı alman Tomas Dollu gətirməyi planlaşdırır. 

Xatırladaq ki, "Qarabağ" - APOEL arasında cavab matçı 13 avqustda Bakıda keçiriləcək.
BAKU.WS