SİZİN REKLAM BURADA!
055 213 76 73


Kolumbiyalı futbolçu Radamel Falkao bir jesti ilə bütün "Qalatasaray" azarkeşlərini həyəcanlandırıb. 

BAKU.WS xəbər verir ki, futbolçu Instagram-da "Cim-Bom"un qapıçısı Musleranın fotosuna şərh yazıb.

Muslera ötən gün baş tutan Super Kubokda komanda yoldaşları ilə çəkdirdiyi fotonu paylaşıb. "Qalatasaray"a transferi gündəmdə olan Falkao isə bu fotoya "Cimbombom" sözünü yazıb. 

Futbolçunun bu şərhinə 225 min bəyənmə və 330 mindən çox şərh gəlib. 

Falkaonun bu mesajı onun türk klubuna transfer olunacağı iddialarını daha da gücləndirib.
BAKU.WS
QALEREYA