APOEL-in futbolçusu Merkis matça əlavə olunmuş 5-ci dəqiqədə qol vuraraq yekun hesabı müəyyənləşdirib - APOEL - "Qarabağ" 1-2.

***22:25

"Qarabağ" Maqaye ilə qol vuraraq üstünlüyünü 2 topa çatdırıb. 

***22.25

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində APOEL-“Qarabağ” komandaları arasında görüş başlayıb. Komandamız Mahir Əmrəlinini qolu ilə 1:0 öndədir.

BAKU.WS-in məlumatına görə, matç Nikosiyadakı “GSP” stadionunda oynanılır. Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Simon Slavçev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.

Meydan sahibi APOEL-in heyətində isə meydana Belec, Vuros, Yannu, Merkis, Yakoliş, Mixayloviç, Qendzoğlu, Matiç, Suleyman, De Vinsenti və Pavloviç çıxıb.

Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Davide Massadır.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
BAKU.WS