VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları başlayır.

BAKU.WS
xəbər verir ki, oyunlar Xəzər dənizinin Azərbaycanın ərazi sularında baş tutacaq. 

Oyunlar çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiyanın Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının, İran Hərbi Dəniz Qüvvələrinin və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri Bakıya gəliblər. 

Müdafiə Nazirliyindən bildirilib ki, gəmi heyətləri yarışlara hazırdır.

Müsabiqə zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər. 

Eyni zamanda “Dəniz kuboku - 2019” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının final estafeti avqustun 17-də keçiriləcək.
BAKU.WS