VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 26-da XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının üçüncü günündə Azərbaycan idmançısı Hüseyn Məmmədov (+90 kq) yarımfinala vəsiqə qazanıb.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, idmançımız səkkizdəbir finalda Almaniya təmsilçisi Daniel Udsilauriyə ipponla qalib gələrək dörddəbir finala yüksəlib. O, bu mərhələdə yunanıstanlı Aristotelis Aris Leonidisi vazari xalı ilə məğlub edərək yarımfinala adlayıb.

Digər təmsilçilərimizdən Məhərrəm İmamverdiyev (81 kq) onaltıdabir finalda rumıniyalı Vlad Topalaya (Rumıniya) ipponla qalib gəlsə də, növbəti mərhələdə ukraynalı Timur Valiyevə məğlub olub.

Ruslan Nəsirli (90 kq) ilk görüşdə bolqarıstanlı Borislav Vladova, Nərmin Əmirli (70 kq) isə hollandiyalı Yael Van Hemstə uduzublar.

Yarışların üçüncü günündə qızlar 70 və +70, oğlanlar 81, 90 və +90 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Festivalda 40 ölkədən 297 cüdoçu mübarizəyə qoşulub. Azərbaycan bu nüfuzlu turnirə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə qatılıb.
BAKU.WS