SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında (EYOF) cüdo yarışları davam edir.

BAKU.WS Cüdo Federasiyasına istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov yalnız bir görüşdə uduzaraq gümüş medal qazanıb.

Azərbaycan cüdoçusu Belarus, Çexiya, Türkiyə  təmsilçilərini məğlub edərək finala çıxıb. Talıbov həlledici görüşdə İtaliya idmançısı Luici Centraccioya məğlub olub. Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız EYOF-da aktivinə 4-cü medalı yazdırıb.

Yarışların ilk günü Turan Bayramov qızıl, Şükran Zamanlı və Gülşən Bəşirova bürünc medala layiq görülüb. İyulun 26-ı oğlanlarda 81, 90, +90, qızlarda isə 70 və +70 çəki dərəcələrinin qaliblərinin adına aydınlıq gələcək.

Qeyd edək ki, Olimpiya Festivalına 40 ölkədən 297 cüdoçu qatılıb. Onlardan 165-i oğlan, 132-i qadındır.
BAKU.WS
QALEREYA