SİZİN REKLAM BURADA!
055 213 76 73


“Yuventus” klubu rəsmi “İnstaqram” səhifəsində maraqlı video paylaşıb.

BAKU.WS xəbər verir ki, şam yeməyi zamanı bir neçə futbolçu stulun üzərinə çıxaraq mahnılar səsləndirib və komanda yoldaşlarını əyləndiriblər.

Onların arasında “Yuventus”a yeni transfer olan türk futbolçu Merih Dəmiral da olub. Gənc müdafiəçi İbrahim Tatlısəsin “Haydi söylə” mahnısını bir neçə saniyə ifa etməyə çalışıb.

Videoda Canluici Buffon, Matteys de Liqt, Adrien Rabyo da yer alıb.
BAKU.WS
VİDEO