VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə Mühafizəkarlar Partiyasının sədri postuna səsvermə keçirilib.

BAKU.WS Sputnik-ə istinadən xəbər verir ki, Boris Conson partiya üzvlərinin 92 min 153-nün səsini alaraq partiya rəhbərliyinə gəlib. Conson bununla da İngiltərənin yeni Baş naziri olub.

Məlumat üçün bildirək ki, Conson Brexit-in ən qatı müdafiəçilərindəndir.

Qeyd edək ki, Boris Conson İngiltərədə Mühafizəkarlar Partiyasının lideri, həm də ölkənin Baş naziri hesab edilir.

Xatırladaq ki, Tereza Mey 7 iyunda partiya sədrliyindən istefa vermişdi.
BAKU.WS