SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) üzgüçülük yarışları davam edir.

BAKU.WS xəbər verir ki, Azərbaycan üzgüçüsü Ramil Vəlizadə ¼ final mərhələsində uğurlu çıxış edərək yarımfinala vəsiqə qazanıb.

O, batterflay üsulla üzmə yarışında 200 metr məsafəni 2 dəqiqə 3,27 saniyəyə qət edib.

Yarımfinal və final mərhələləri axşam sessiyasında olacaq.
BAKU.WS