"Yuventus" futbol klubunun hücumçusu Kriştiano Ronaldo (Cristiano Ronaldo) amerikalı modelin 10 il əvvəl ona qarşı qaldırdığı təcavüz iddiasına görə cinayət məsuliyyətinə cəlb edilməyəcək. 

BAKU.WS dünya mediasına istinadən xəbər verir ki, 2009-cu ildə Las-Veqasda portuqaliyalı futbolçu tərəfindən təcavüzə məruz qaldığı iddiası ilə məhkəməyə müraciət edən Ketrin Mayorqanın (Kathryn Mayorga) iddiası öz təsdiqini tapmayıb.

Las Vegas Ədliyyəsi qadının təcavüz iddialarının öz təsdiqini tapmadığını açıqlayıb.

Xatırladaq ki, amerikalı model Ketrin Mayorqanın iddiasına görə, hadisə 2009-cu ildə Las Veqasda yerləşən "Palms Place Hotel"də baş verib. O, hotelin klubunun VIP bölməsində Ronaldo ilə tanış olub və daha sonra futbolçu Mayorqanı zorlayıb.

Hadisə baş verən zaman Katrin Mayorqanın 25, Ronaldonun isə 20 yaşı var idi. Almaniyanın "Der Spiegel" nəşri yazır ki, Ronaldo modellə məxfilik sazişi imzalayıb və ona 375 min dollar pul ödəyib.

Razılaşmaya görə, əgər Mayorqa bu barədə mətbuata danışsa, məbləği geri ödəməli və futbolçuya dəyəcək bütün zərərlərə görə cavab verməlidir.

Aysel
BAKU.WS