SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yardım ediblər.

18 yaşlı türkiyəli basketbolçu qız sol diz oynağının travması ilə müraciət edib onu Təcili Tibbi yardım briqadası KTM ə çatdırıb. Yardım edildikdən sonra buraxılıb. Vəziyyəti normaldır.
BAKU.WS