VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Gənclər Yay Olimpiya Festivalında tennis yarışları davam edir. 

Bu gün cütlər də mübarizəyə qoşulub. Azərbaycan iki cütlə təmsil olunub. Qızların yarışında Polina Drobiçeva və Alina Hüseynova 1/16 finalda korta çıxıb. Karolina Qomeslə Rakel Qonzales (İspaniya) ilə görüşən yığma üzvləri iki setdə uduzublar – 2:6, 0:6.

Oğlanlardan ibarət cütlükdə mübarizəni erkən dayandırıb. 1/16 finalda qüvvəsini sınayan Kənan Qasımov və Tamerlan Əzizov cütü Daniel İvanov və Tyaqo Pereyradan (Portuqaliya) daha ağır məğlubiyyət alıb – 1:6, 0:6.

Qeyd edək ki, bunadək tennisçilərimizin dördü də fərdi yarışlarda 1/32 final səddini adlaya bilməyib.
BAKU.WS