VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında voleybolçular mübarizəyə qoşulublar.

BAKU.WS-in məlumatına görə, oğlanlardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib.

A qrupunda çıxış edən yığmamız Almaniya ilə görüşüb. Qarşılaşma qonaqların qələbəsi ilə nəticələnib – 3:0 (31:29, 25:19, 25:22).

Bu qrupun hazırda davam edən digər oyununda Bolqarıstanla Xorvatiya qarşılaşır.

Qeyd edək ki, millimiz sabah Fransa, birigün isə Xorvatiya ilə üz-üzə gələcək.
BAKU.WS