SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı-2019 Əməliyyat Komitəsinin dəstəyi ilə Olimpiya Mədəniyyəti və Təhsil Proqramının Atletlər kəndində “Olimpiya Mədəniyyəti və İdman Pavilyonu”nun açılış mərasimi olub.

Pavilyon Bakı şəhərindən seçilmiş 49 təhsil müəssisəsi vasitəsilə Atletlər Kəndində məskunlaşan 3600 nəfərdən artıq gənc idmançı, rəsmi nümayəndə və qonaqlara Azərbaycan da daxil olmaqla, bütün Avropa ölkələrinin mədəniyyəti, incəsənəti, tarixi və idmanını təqdim edir.

Pavilyonun qarşıya qoyduğu digər məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlər arası əlaqə, sülh və dostluğu təşviq etməkdir.

Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitəsinin prezidenti Janiz Koçiançiç, Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, MOK-un baş katibinin müavini Azər Əliyev, üzv ölkələrin Olimpiya Komitələrinin rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrdən olan nümayəndə heyətləri iştirak ediblər.

Gənclər və İdman naziri Azad Rəhimov Bakı 2019 Avropa Gənclər Yay Olimpiya Festivalının kütləvi bədən tərbiyəsi və idmanın inkişafı baxımından Azərbaycan üçün faydasından danışıb.

Təhsil naziri Ceyhun Bayramov isə bu proqramda məktəblər və şagirdlərin rolundan danışıb. Nazir qeyd edib ki, bu layihələr məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanda kütləviliyin təmin olunmasında, ölkələr və mədəniyyətlər arası dostluq və istedadlı gənclərin üzə çıxarılmasında misilsiz rol oynayır.

Rəsmi hissədən sonra nümayəndələr, idmançılar və qonaqlar pavilyon və hər bir ölkənin mədəniyyəti ilə yaxından tanış olublar.
BAKU.WS