SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Bakıda start götürəcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına (EYOF) Avropanın iki ölkəsinin - Ermənistan və Lixtenşteynin niyə qatılmayacağının səbəbi məlum olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu tip yarışlarda iştirak üçün Avropa Olimpiya Komitələrinə üzv ölkələrin Milli Olimpiya Komitəsi qeydiyyatdan keçməli və bu oyunlarda iştirak niyyətlərini təsdiqləməlidir.

Lakin elan olunan qeydiyyat müddəti ərzində Ermənistan Milli Olimpiya Komitəsi tərəfindən heç bir müraciət daxil olmadığından, bu ölkənin idmançıları Bakıdakı EYOF-da təmsil olunmurlar. Göründüyü kimi, Azərbaycan Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələri qarşısında götürdüyü öhdəliyə uyğun olaraq, bütün ölkələrə qapısını açsa da, ermənilər bu dəfə Bakıya gəlməkdən imtina edib.

Lixtenşteyn komandasının isə Bakıya gəlməməsinin səbəbi başqadır. Belə ki, bu cırtdan Avropa ölkəsi əvvəlcə yarışlara bir idmançı ilə qatılmaq üçün müraciət etmişdi. Lakin sonradan həmin idmançı zədələndiyi üçün Lixtenşteyn Milli Olimpiya Komitəsi iştirak ərizəsini geri götürməli olub.
Qeyd edək ki, bu yarışda ölkəmiz də daxil olmaqla Avropanın 48 ölkəsindən təxminən 3600 idmançı mübarizə aparacaq.

Həmin 47 ölkə bunlardır: Albaniya, Almaniya, Andorra, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İrlandiya, İslandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, İsrail, Kipr, Kosovo, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Moldova, Monako, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Şimali Makedoniya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Xorvatiya, Yunanıstan.
BAKU.WS