VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Avropa Gənclər Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycan idmançılarının sayı bəlli olub.

BAKU.WS-in xəbərinə görə, Azərbaycan adından turnirdə 122 idmançı mübarizə aparacaq.

Bunlardan 80-i oğlan, 42-si qız idmançıdır. Həmçinin 34 komanda rəsmisi qeydiyyatdan keçib. Bunlar millilərimizin baş məşqçiləri, onların köməkçiləri və tibbi-texniki personaldır.

Ümumilikdə Azərbaycan nümayəndə heyəti 156 nəfərdən ibarət olacaq.

Yarış üçün 2500 könüllü qeydiyyatdan keçib.

Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalı Azərbaycan paytaxtında 21-27 iyul tarixlərində keçiriləcək.
BAKU.WS