SİZİN REKLAM BURADA!
055 213 76 73


İyulun 17-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” oyunu başa çatıb.

BAKU.WS-in məlumatına görə, “Dalğa Arena”da baş tutan görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hər iki qol ikinci hissədə vurulub.

Matçın 51-ci dəqiqədə Filip Ozoviç, 93-cü dəqiqədə isə yeni meydana daxil olan Dani Kintana vurub.

Bu iki qol “Qarabağ”ın avrokuboklarda vurduğu 100-cü qol olub. Beləliklə, ağdamlılar iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.

***

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” matçında hesab açılıb.

“Dalğa Arena”da keçirilən görüşdə “Qarabağ” önə keçib.

Ağdamlıların heyətində xorvatyalı yarımmüdafiəçi Filip Ozobiç fərqlənib.

***

"Qarabağ" və Albaniyanın "Partizani" komandalarının Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab oyununun birinci hissəsi başa çatıb.

"Dalğa Arena"da keçirilən matçın ilk hissəsində hesab açılmayıb.

***

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçına çıxıb.

BAKU.WS-in məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayır.

Qurban Qurbanovun yetirmələri Albaniyanın “Partizani” klubu ilə qarşılaşırlar. Ötən həftə Tiranada keçirilən qarşılaşmada qolsuz heç-heçə edən təmsilçimiz mərhələ adlamaq üçün mütləq qalib gəlməlidir.

Ardıcıl 5 il qitə kuboklarının qrup mərhələsinə yüksələn “Qarabağ” eyni uğura gedən yolda ilk addımını “Dalğa Arena”da atmalıdır. Yeni mövsümün ilk ev oyununda doğma azarkeşləri önünə çıxacaq ağdamlılar mərhələ adlasa, “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) cütünün qalibi ilə görüşəcəklər. Əgər çempionumuz bu vəzifənin öhdəsindən gələ bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. Burada isə rəqib Moldova "Şerif"i olacaq.

***

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Partizani” matçının heyətləri açıqlanıb.

Saat 21:00-da başlayacaq görüşdə komandalar aşağıdakı heyətlə çıxış edəcəklər.

Çempionlar Liqası

I təsnifat mərhələsi (cavab oyunu)

17 iyul


21:00. “Qarabağ” – “Partizani” (Albaniya)

Baş hakim: Dumitri Muntean 

Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 0:0

“Qarabağ”: 13. Vaqner da Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medveyev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

“Partizani”: 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 9. Teofilus Solomon, 10. Yasir Asani, 17. Bruno Telyuşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyru, 33. Eneo Bitri

Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 19. Lorents Traşi, 38. Kristi Kote, 66. Xosep Ekuban, 90. Emmanuel Mensa, 99. Brayan Braun

Baş məşqçi: Franko Lerda
BAKU.WS