SİZİN REKLAM BURADA!
055 213 76 73


Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” üçüncü transferini reallaşdırıb.

BAKU.WS xəbər verir ki, Ağdam təmsilçisi Rherras Faycalı heyətinə qatıb.

Mərakeşli müdafiəçiylə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı müdafiəçinin son klubu ötən mövsüm Fransanın 2-ci liqasında çıxış etmiş "Bezye" olub. O, bu klubda 24 oyunda meydana çıxıb və 2 qol vurub.

“Bezye” isə 19-cu yer tutuaraq aşağı liqaya yuvarlanıb.

Xatırladaq ki, "Qarabağ"a yay fasiləsində ispaniyalı yarımmüdafiəçi Xayme Romero və braziliyalı müdafiəçi Ailton Silvanı heyətinə cəlb edib.
BAKU.WS