SİZİN REKLAM BURADA!
055 213 76 73


Afrika Millətlər Kubokunda yarımfinal oyunları keçirilib.

BAKU.WS xəbər verir ki, Seneqal-Tunis matçının taleyi əlavə vaxtda müəyyənləşib.

Dramatik keçən matçın əsas vaxtında komandalar hərəyə bir dəfə penalti zərbəsi qazansa da, dəqiq yerinə bilməyiblər.

Əlavə vaxtda isə Tunisin avtoqolu sayəsində Seneqal 1:0 hesablı qələbə qazanıb və finala yüksəlib.

Əlcəzair isə Nigeriyanı son saniyə qolu ilə məğlub edib. Matçın son saniyələrində hesab 1:1 olarkən Mahrezin qolu Əlcəzairə 2:1 hesablı qələbə qazandırıb.

Beləliklə, 19 iyulda keçiriləcək finalda Əlcəzair Seneqalla qarşılaşacaq. İyulun 17-də isə Tunis Nigeriya ilə bürünc medal uğrunda matçda üz-üzə gələcək.

Seneqal - Tunis - 1:0
Qol: Bronn, 100-öz qapısına.
Penaltini qaçırdı: 75 - Fercani Sassi (Tunis), 81 - Henri Saivet (Seneqal)

Əlcəzair - Nigeriya - 2:1
Qollar: Troost-Ekonq, 40-öz qapısına. Mahrez, 90+5 – İqalo, 73.
BAKU.WS
VİDEO