055 213 76 73
BAKU.WS “Haberler.com”a istinadən xəbər verir ki, regional liqada keçirilən bir matçda 17 yaşlı qapıçı Ramon İsmael Koronel vəfat edib.
Məlumata görə, “Union de Qolondrina” klubunun üzvü olan gənc qapıçı oyunun gedişində penalti zərbəsini sinəsi ilə dəf edib. İsmael Koronel bunun sevincini qeyd edərkən anidən yıxılıb.
Stadionda təcili yardım briqdası olmadığı üçün gənc futbolçu yük maşınının arxasında xəstəxanaya çatdırılıb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq infarkt keçirən futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Qapıçının infarkt keçirməsinə səbəb olaraq onun sinəsi ilə zərbənin çıxarması göstərilir.
BAKU.WS