SİZİN REKLAM BURADA!
055 213 76 73


Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinin bütün iştirakçıları məlum olub.

BAKU.WS xəbər verir ki, ¼ final mərhələsinin daha 2 oyunu keçirilib.

Fildişi Sahili ilə Əlcəzair arasındakı matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Əlcəzair millisi qalib gələrək yarımfinala yüksəlib.

Digər matçda isə Tunis Madaqaskar üzərində 3:0 hesablı parlaq qələbə qazanıb.

Qeyd edək ki, yarımfinalda Tunis Seneqalla, Əlcəzair isə Nigeriya ilə qarşılaşacaq.

Fildişi Sahili - Əlcəzair - 1:1 (penaltilər, 3:4)
Qollar: 20 - Fequli (0:1), 62 - Kodcia (1:1)

Madaqaskar - Tunis - 0:3
Qollar: 52 - Sassi, 60 - Msakni, 90+3 - Sliti

Fərid ƏDALƏT
BAKU.WS
VİDEO