VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşıb.

BAKU.WS xəbər verir ki, Bakıdakı “ASCO Arena”da keçirilən görüş başa çatıb.

Oyun təmsilçimizin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.


***

Avropa Liqasının I təsnifat mərhələsinin “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) oyununda ev sahibləri fərqi azaldıblar. 

Bakıda keçirilən matçda Aftandil Haciyevin yetirmələri ikinci qolu vurublar. 

Komandamızın heyətində Ağabala Ramazanov özünün və "Səbail"in ikinci qolunu vurub - 2:3. 

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) oyununda qonaqlar yenidən fərqləniblər. 

Bakıda keçirilən matçda Krayova təmsilçisi Aftandil Haciyevin yetirmələrini 3-cü dəfə cəzalandırıblar. 

Bu dəfə Mixay Roman qol sevinci yaşayıb.

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) oyununda üçüncü qol vurulub.

Bakıda keçirilən matçda qonaqlar yenidən hesabda önə keçiblər. 

51-ci dəqiqədə qonaqların futbolçusu Nikuşor Banku hesabı 2:1 edib.

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) oyununda ilk hissə başa çatıb.

Bakıda keçirilən matçın ilk 45 dəqiqəsində komandalar hərəyə bir dəfə fərqləniblər.  

Qarşılaşmanın 13-cü dəqiqəsində qonaqların futbolçusu Aleksandru Mateyu hesabı açıbsa, 20 dəqiqə sonra Ağabala Ramazanov bərabərlik qolunu vurub - 1:1. 

*** 

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşır.

Bakıdakı “ASCO Arena”da keçirilən görüş start götürüb.


***

Azərbaycanın “Səbail” və Rumıniyanın “Universitatya” komandaları UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün start heyətlərini açıqlayıblar.

BAKU.WS xəbər verir ki, kollektivlər “ASCO Arena”da keçiriləcək oyuna aşağıdakı “11-lik”lə çıxacaqlar:

“Səbail”: 12. Daniel Bojinovski, 6. Maykl Essyen, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (K), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 91. Bilal Həmdi

“Universitatya”: 13. Mirko Pilyatselli, 5. Boqdan Vetejelu, 6. Renato Keliç, 7. Mixay Roman, 8. Aleksandru Mateyu, 11. Nikuşor Banku (K), 14. Kamer Qaka, 21. Antoni İvanov, 22. Kristian Barbux, 26. Stefan Akka, 27. İvan Martiç

Qeyd edək ki, oyun bu gün saat 20:00-da başlayacaq.
BAKU.WS