VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub.

O, üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə Universiadanın qalibi olub.

Daha ətraflı bu linkdə - https://baku.ws/sports/65753


2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat təşkil edib.

Daha ətraflı bu linkdə - https://baku.ws/economy/65758


Müasir dövrdə valideynlər uşaqları üçün təhsilin nə qədər vacib olduğunu bilir və onların ən yaxşı məktəblərdə oxuması üçün çalışır.

Azərbaycanda dövlət məktəblərində orta təhsil pulsuzdur. Lakin ölkəmizdə orta təhsil verən pullu lisey və gimnaziyalar var. Bu liseylərdə təhsillə yanaşı qiymətlər də yüksək səviyyədədir. 

BAKU.WS sizə özəl lisey və gimnaziyalarda olan illik təhsil haqqını təqdim edir:

Siyahıya bu linkdən baxa bilərsiniz - https://baku.ws/education/65658


Sabiq nəqliyyat naziri Ziya Məmmədovun ibadətlə məşğul olması haqda xəbərlər yayılıb.

Ümumiyyətlə isə Ziya Məmmədov vəzifədə olarkən də özünün və ailə üzvlərinin ibadətlə məşğul olmaları xəbərləri vardı. Lakin mediada yayılan bu məlumatlara sabiq nazir uzun illər münasibət açıqlamayıb. 

“Yeni Müsavat” Ziya Məmmədovla telefon vasitəsilə əlaqə saxlayaraq, ondan barəsində deyilənlərə münasibət öyrənib.

Daha ətraflı bu linkdə - https://baku.ws/lifestyle/65769


“Gələn ildən Azərbaycanda həkimlərin əmək haqqı artacaq və bu, iki hissədən ibarət olacaq”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Daha ətraflı bu linkdə - https://baku.ws/social/65772


Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı medalla təltif olunmuş bir qrup media, idmançılar, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlərə medalların təqdim olunma mərasimi keçirilib.

Siyahıya bu linkdən baxa bilərsiniz - https://baku.ws/sports/65787


Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Mtişi şəhərində İstilik Elektrik Stansiyasında partlayış baş verib.

Hadisə nəticəsində 12 nəfər yaralanıb.

Daha ətraflı bu linkdə - https://baku.ws/dunya/65793


Bakıda polis polkovnikinin oğlu özünü 5-ci mərtəbədən atıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Ə.Ağayevin oğlu 1991-ci il təvəllüdlü Orxan Ağayev Nərimanov rayonunda yaşadığı evin pəncərəsindən düşərək faciəli şəkildə ölüb.

Hadisə barədə ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/65797
İntihar edən polis polkovnikinin oğlu keçmiş polis işçisi imiş - TƏFƏRRÜAT - https://baku.ws/incident/65802 

BAKU.WS