Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün keçirilən "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan) oyunu 0:0 hesabı ilə bitdi.

***

İyulun 10-da keçirilən UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Partizani”-“Qarabağ” oyununun birinci hissəsi başa çatıb.

BAKU.WS xəbər verir ki, ilk dəqiqələrdən irəli atılan Ağdam təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 27-ci dəqiqəsində “Qarabağ” hesabı açmağa yaxın olsa da, Filip Ozoviçin vurduğu zərbə qapı tirinə dəyərək meydanı tərk edib.

***

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları davam edir.

Azərbaycan çempionu “Qarabağ” yeni mövsümə bu gün start verib.

Ardıcıl 5 mövsüm avrokubokların qrupunda mübarizə aparan Ağdam klubu Albaniyanın “Partizani” klubu ilə qarşılaşır. Bu, Azərbaycan klublarının 2019/20 mövsümündə ilk oyunudur.

****

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Partizani” - “Qarabağ” matçının heyətləri açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu gün keçiriləcək qarşılaşmadan az əvvəl hər iki komanda qarşılaşmanın protokolunu doldurub.

Bununla da rəqiblərin start heyəti və ehtiyat oyunçuları müəyyənləşib. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüşdə komandalar aşağıdakı heyətlə çıxış edəcək.

Qeyd edək ki, qarşılaşma Tirananın Selman Stermasi stadionunda keçiriləcək. 

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
10 iyul


19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Porvaldur Arnason (İslandiya)

“Partizani”: 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 10. Yasir Asani, 17. Bruno Telyuşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyru, 33. Eneo Bitri, 90. Emmanuel Mensa

Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 9. Teofilus Solomon, 18. Lukas Kardoso, 19. Lorents Traşi, 38. Kristi Kote, 99. Brayan Braun

Baş məşqçi: Franko Lerda

“Qarabağ”: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medveyev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı

Baş məşqçi: Qurban Qurbanov

Tirana. Selman Stermasi stadionu

BAKU.WS