2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi məkan olaraq seçilən Polşa ev sahibi olmaqdan imtina etməyə hazırlaşır.

BAKU.WS krakowpost.com-a istinadən xəbər verir ki, buna səbəb kimi isə Krakov şəhərində idman infrastrukturlarının tikilməsinə böyük maliyyə vəsait tələb edilməsi göstərilib.

Şəhər Bələdiyyəsinin sədri Yaçek Mayçrovski bildirib ki, hökumətdən maliyyə dəstəyi almadan Avropa Oyunlarını təşkil etmək mümkün deyil. O deyib ki, maliyyə dəstəyi ala bilməsələr, ev sahibliyindən imtina edə bilərlər.

Qeyd edək ki, I Avropa Oyunları Bakıda, ikincisi Minskdə keçirilib. II Avropa Oyunlarının Polşanın Krakovda keçirilməsi barədə qərar isə 22 iyunda verilib.
BAKU.WS