SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.

BAKU.WS
xəbər verir ki, komandaların hər iki qarşılaşmasını “CBC Sport” kanalı canlı yayımlayacaq. Məlumatı Ağdam klubunun Facebook səhifəsi yayıb.

Albaniyada keçiriləcək ilk oyun iyulun 10-u, Bakı vaxtı ilə 19:30-da start götürəcək. Bir həftə sonra Bakıdakı “Dalğa Arena”da baş tutacaq cavab görüşü 21:00-da başlayacaq.
BAKU.WS