VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Çelsi”də Maritisio Sarridən boşalan baş məşqçi postuna rəsmi təyinat baş tutub.

BAKU.WS xəbər verir ki, uzun müddətdir sabiq futbolçusu Frank Lempardla danışıqlar aparan “Çelsi” rəhbərliyi sonda onu razı sala bilib.

41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Onun illik maaşı 4,5 milyon avro olacaq.

“Çelsi” bu transfer üçün Lempardın çalışdırdığı “Derbi Kaunti”yə də 4,5 milyon avro ödəyib.

Qeyd edək ki, Lempard 2001-2014-cü illərdə “Çelsi”nin formasını geyinib.
BAKU.WS
QALEREYA