SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Moskvanın “Dinamo” klubu ilə razılıq əldə edib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

23 yaşlı futbolçunun hazırda “Dinamo”nun bazasında olduğu və tibbi müayinədən keçəcəyi bildirilir.

Hələlik transferlə bağlı klubdan rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, ötən mövsüm “Krılya Sovetov”da çıxış edən Şeydayev 18 matçda 4 qol vurub. Onun “Transfermarket”də hazırkı dəyəri 1,2 milyon avro olaraq dəyərləndirilir.
BAKU.WS