SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan karateçisi Roman Heydərov "Minsk-2019" II Avropa Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

BAKU.WS xəbər verir ki, kata nüvündə mübarizə aparan idmançı Almaniya təmsilçisi İlya Smorgunerlə üz-üzə gəlib.

Dueldən qalib ayrılan (25.46 - 24.54) Azərbaycan təmsilçisi Avropa Oyunlarının bürünc medalını qazanıb.

Azərbaycanın qadın karateçisi İrina Zaretska isə yarımfinal görüşünə çıxıb.

68 kq çəki dərəcəsində yer alan idmançı ukraynalı Halina Melnyukla qarşılaşıb.

Görüşdən qalib ayrılan Azərbaycan təmsilçisi finala yüksəlib - 1:0.

Qeyd edək ki, hazırda Azərbaycan yığmasının aktivində 3 qızıl, 6 gümüş və 12 bürünc medal var.
BAKU.WS
QALEREYA