055 213 76 73
BAKU.WS-in məlumatına görə, 69 kq çəki dərəcəsində döyüşən L.Sotomayor yarımfinalda Böyük Britaniya təmsilçisi Pat Makkormaka uduzub. Nəticədə o, Avropa Oyunlarının “bürünc” medalına sahib olub.
Bununla da Azərbaycan II Avropa Oyunlarında 17-ci medalını qazanıb (2 qızıl, 5 gümüş, 10 bürünc).
Digər boksçumuz Alfonso Dominqes (81 kq) isə yarımfinal görüşündə italiyalı Fiori Simoneni məğlub edərək finala yüksəlib.
BAKU.WS