Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

BAKU.WS xəbər verir ki, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev debütdə erməni güləşçi üzərində parlaq qələbə qazanıb.

Titullu idmançımız daha sonra yerli pəhləvana çətinliklə də olsa, qalib gələrək yarımfinala yüksəlib.

Bu mərhələdə Ukraynanı təmsil edən erməni güləşçiylə qarşılaşan həmyerlimiz rəqibini çətin vəziyyətə salıb. Son saniyələrdə yaxşı müdafiə olunan Hacı erməni güləşçini gülünc vəziyyətə salıb. 

Hacı Əliyev sonda əzmkar qələbəyə sevinərək adını finala yazdırıb.
BAKU.WS


VİDEO