SİZİN REKLAM BURADA!
055 213 76 73


“Sumqayıt” futbol klubunun yeni məşqçisi müəyyənləşib.

BAKU.WS xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi vəzifəsinə əcnəbi mütəxəssis gətirilib.

Belə ki, ispaniyalı məşqçi Edu Karo karyerasını “Sumqayıt”da davam etdirəcək. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, UEFA “A” kateqoriyalı məşqçisi olan E.Karo İspaniyanın “Esplugenc”, “Damm”, “Terrassa”, “Gava” və Səudiyyə Ərəbistanının “Al-Hilal” komandalarında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.
BAKU.WS